Avq 23, 2019 17:18 Asia/Baku
  • İİR müqavimətlə əzəmətə çatdı

Tehranın cümə namazı xitabətçisi vurğulayıb ki, İran xalqı düşmənin iqtisadi təzyiqləri ilə öz inqilabından əl çəkməyəcək. O, deyib ki, hazırda düşmənlər İran xalqının müqavimətini dərk ediblər.

Ayətullah Emami Kaşani İranın silahlı qüvvələri tərəfindən "Bavər 373" hava hücumundan müdafiə sisteminin təqdim olunmasına işarə edərək, deyib: Böyük İran xalqı bütün fənlərdə elmi və hərbi qüdrətə malikdir.

Tehranın cümə namazı xitabətçisi söyləyib: Bu qırx ildə İran İslam Respublikası öz sülhsevərliyini dünyaya sübut etdi, amma Amerika və onun əlaltıları dünya xalqlarına öz cinayətkar xislətlərini sübuta yetiriblər.

Ayətullah Emami Kaşani üzünü Amerika prezidentinə tutaraq deyib: Tramp, sən özün əbləhsən və öz əbləhliyini dünyaya göstəribsən, amma İran İslam Respublikası və İran xalqı şücaətlidir. İmam və Rəhbərlik Əhli-Beyt(ə)-in yolunu gedərək, bu şücaəti gənclərdə və İran xalqında yaratdılar.