Avq 24, 2019 22:00 Asia/Baku
  • Zərif: Avropa nüvə anlaşmasındakı öhdəliklərinə əməl etsin
    Zərif: Avropa nüvə anlaşmasındakı öhdəliklərinə əməl etsin

İranın xarici işlər naziri deyib: Əgər Avropa nüvə anlaşmasındakı öhdəliklərinə əməl edərsə, İran öz öhdəliklərinin icrasının azaldılması istiqamətində atdığı addımlardan geri dönməyə hazırdır.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif dünən Frans-Press ilə müsahibədə Fransa prezidenti Emmanuel Makronun təkliflərini alqışlayaraq, vurğulayıb: Fransa prezidentinin nüvə anlaşması barədəki gərginliklərin azaldılması üzrə təklifləri yaxşı istiqamətdə irəliləyir, amma çox işlər görülməlidir.

Zərif söyləyib: Fransa prezidenti keçən həftə İran İslam Respublikasının prezidentinə təkliflər irəli sürdü ki, bu da onların düzgün yolda irəlilədiklərini göstərir.

İranın diplomatiya aparatının başçısı Parisin təkliflərinin nədən ibarət olması haqda təfərrüata keçmədən vurğulayıb: Avropa İran üçün şəraitin daha da asanlaşması üçün bir yol tapmalıdır, hətta Amerikanın daha nüvə anlaşmasının üzvü olmadığı bir şəraitdə belə.

 

 

Teqlər