Avq 26, 2019 12:40 Asia/Baku
  • İranın xarici işlər naziri Pekinə daxil olub

İran İslam Respublikasının xarici işlər naziri bu gün bir nümayəndə heyəti ilə Pekinə daxil olub və Çin rəsmiləri tərəfindən qarşılanıb.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Çin xarici işlər naziri Van İ-nin dəvəti ilə həyata keçirilən bu səfərdə bu ölkə rəsmiləri ilə ikitərəfli münasibətlər, ən mühüm regional və beynəlxalq məsələlər barədə danışacaq və məşvərət aparacaqdır.

Zərif Çinə ikigünlük səfərdən sonra Yaponiyaya və Malayziyaya gedəcək.

İranın xarici işlər naziri Fransanın xarici işlər naziri Jan İv Le-Drianın dəvəti ilə dünən axşam Fransanın Biarrits şəhərinə, yeddilər qrupu sammitinin keçirildiyi məkana səfər etdi.

Zərif Biarrits şəhərində Fransanın prezidenti Emmanuel Makron, bu ölkənin xarici işlər naziri Jan İv Le-Drian, həmçinin Almaniya və İngiltərənin nümayəndələri ilə görüşdü.

Teqlər