Avq 26, 2019 20:26 Asia/Baku
  • Zərif: İran və Çin əlaqələri strateji əhəmiyyətə malikdir

İranın xarici işlər naziri Tehran-Pekin əlaqələrinin hərtərəfli və strateji olduğunu bildirib.

İİR XİN başçısı Məhəmməd Cavad Zərif bu gün Pekində Çin xarici işlər naziri Van İ ilə görüşündə iki ölkə arasında uzun müddətli strateji əlaqələrin bütün sahələrdə inkişaf etdirilməsinə təkid edərək Amerikanın Çinə qarşı iqtisadi təzyiqlər və sanksiyaları eləcə də Ağ ev və bəzi qərb ölkələrinin Çinin daxili işlərinə müdazilələrini pisləyib.

Zərif həmçinin İran İslam Respublikasının vahid Çin siyasətini dəstəklədiyini vurğulayıb.

Görüşdə Çinin xarici işlər naziri Van İ də Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının mövqeyinin qorunub sazlanılması və beynəlxalq razılaşmalara riayət edilməsini vurğulayaraq deyib: Çin regionda stabillik və təhlükəsizliyin güclənməsinə səbəb olan hərhansı təşəbbüsə dəstək verir.

Çin XİN rəhbəri həmçinin nüvə razılaşmasına toxunaraq deyib: Nüvə razılaşmasında İranın qanuni hüquqları və ondan mənşə alan iqtisadi mənafeləri təmin edilməlidir.

İran və Çin xarici işlər nazirləri həmçinin iki tərəfli əlaqələrin bütün sahələrdə inkişaf etidirlməsini vurğulayıblar.

İranın xarici işlər naziri bu gün bir heyətə başçılıq edərək Pekinə daxil olub. Zərif Çindən sorna Yaponiya və Malayziyaya səfər edəcək.

Teqlər