Avq 30, 2019 08:49 Asia/Baku
  • 8 şəhrivər, İranda terrorizm ilə mübarizə günüdür

Bu gün, səhrivər ayının səkkizi, avqustun otuzu, İranın keçmiş prezidenti və baş nazirinin şəhid olmalarının ildönümü günü, terrorizm ilə milli mübarizə günüdür.

Günəş təqvimi ilə 1360-cı il səhrivər ayının səkkizi, 1981-ci il avqustun otuzu, İranın ozamankı prezidenti Mohəmməd Əli Rəcayi və baş naziri Mohəmməd Cəvad Bahonərin nazirlər kabinetinin üzvlərindən bir qrupu ilə yanaşı, baş nazirlik ofisindəki partlayışda məzlumcasına şəhid olmalarını xatırladır.

Bu partlayış münafiqlər qaragüruhu tərəfindən həyata keçirilmişdi.

İran İslam İnqilabının 1979-cu ildə zəfər çalmasından sonra İran İslam Respublikasının məsul şəxsləri və vətəndaşlarından 17 min nəfərdən çox insan münafiqlər qaragüruhu və digər terror qrupları tərəfindən terror edildi.

Münafiqlər qaragüruhunun üzvləri İranda terror hərəkətlərinə başladıqdan sonra öncə Parisə qaçdılar və sonra İraqa gedərək, İraqın məhv edilmiş diktatoru Səddamın himayəsi altında İran İslam Respublikasının quruluşu və xalqına qarşı terror hərəkətləri törətdilər. Səddam münafiqlərdən özünün İraqdakı müxaliflərinə qarşı cinayətlərində də istifadə edirdi.

Teqlər