Avq 30, 2019 15:00 Asia/Baku
  • Amerika dünyadakı terror hökumətlərinin başında durur

Tehranın cümə namazı xitabətçisi vurğulayıb ki, Amerika dünyadakı terror hökumətlərinin başında durur. O, belə qeyd edib: Amerika rəsmilərinin bölgədə terror qrupları yaratdıqlarını etiraf etmələrinə rəğmən, terrorizmlə mübarizəni iddia etmələri utancgətiricidir.

Ayətullah Seyyed Əhməd Xatəmi Tehranın cümə namazı xütbələrində 1981-ci ildə İranın ozamankı prezidenti və baş nazirinin şəhid olmalarının ildönümü və terrorizmlə milli mübarizə gününə işarə edərək, deyib ki, İran terrorizmin qurbanıdır.

Tehranın cümə namazı xitabətçisi əlavə edib: Amerika hökuməti elə bir halda Livanın Hizbullah, Yəmənin Ənsarullah və İraqın Əlhəşduşşəbi qüvvələrini terrorçu hesab edir ki, bu qüvvələr bölgədə terrorizmlə mübarizənin ön xəttində dururlar.

Ayətullah Xatəmi həmçinin sionist rejimin Livana son təcavüzünə toxunaraq, belə qeyd edib: Bu hücum sionist rejimin təcavüzkarlıq xislətini göstərir və onunla mübarizə aparılmalıdır.

Tehranın cümə namazı xitabətçisi habelə Kəşmir müsəlmanlarının vəziyyətindən nigarançılıq edərək, vurğulayıb: Hindistan hökumətindən gözlənilir ki, Kəşmirin müsəlman əhalisi qarşısında məntiqli siyasət yürüdərək, bu bölgə müsəlmanlarına zorakılıq etməsin.

Teqlər