Sen 01, 2019 08:43 Asia/Baku
  • Rəisi: Dünyada terrorizmə dəstək verən zalımların siması ifşa olunmalıdır
    Rəisi: Dünyada terrorizmə dəstək verən zalımların siması ifşa olunmalıdır

İranın məhkəmə hakimiyyətinin sədri deyib: Zalımların və onların himayə etdikləri terror təşkilatlarının real simaları dünya xalqlarına daha artıq ifşa olunmalıdır.

İranın məhkəmə hakimiyyətinin sədri Seyyed Ebrahim Rəisi Tehranda terror şəhidlərinin ailələri və müharibə əlillərindən bir qrupu ilə görüşdə deyib: Bu gün terrorizmlə mübarizə və insanların hüquqlarını müdafiə iddiasında olan bəzi Qərb ölkələri hazırda terrorçuların bazasına çevriliblər.

Rəisi əlavə edib: Aydınlaşmalıdır ki, ali-səud rejimi necə öz pulları ilə bölgədə terrorçulara dəstək verir.

İranın məhkəmə hakimiyyətinin sədri bildirib ki, insan haqlarını müdafiə iddiasında olan bir çox təşkilatlar üçün insanların həyatının mütləq şəkildə dəyəri yoxdur. O, vurğulayıb: İranda terror şəhidləri İran İslam Respublikası quruluşunun məzlumluğu, eləcə də qüdrət nişanələridirlər.

Rəisi həmçinin deyib: Terrorizmlə mübarizə sahəsində dünyada ikili standartlar mövcuddur. O, əlavə edib: Bəzi insan haqları iddiaçılarının bir çox beynəlxalq hüquq təşkilatlarında iştirak etmələrinə görə, terrorçuların çağırılmaları və mühakimə olunmaları imkanı mövcud deyildir, amma terrorçuların cinayətləri haqda mükəmməl sənədlər toplanıb qaydaya salınmalıdır.

İran İslam İnqilabının 1979-cu ildə zəfər çalmasından sonra İran İslam Respublikasının məsul şəxsləri və vətəndaşlarından 17 min nəfərdən çox insan münafiqlər qaragüruhu və digər terror qrupları tərəfindən terror edildi.

Teqlər