Sen 03, 2019 14:04 Asia/Baku
  • Ruhani: Heç bir zaman kəsiyində İran-Amerika ikitərəfli müzakirəsindən söz getməyib və getmir də
    Ruhani: Heç bir zaman kəsiyində İran-Amerika ikitərəfli müzakirəsindən söz getməyib və getmir də

İran İslam Respublikasının prezidenti deyib ki, heç bir zaman kəsiyində İran-Amerika ikitərəfli müzakirəsindən söz getməyib və getmir də.

İran prezidenti Həsən Ruhani bu gün İslami Şura Məclisində təlim və tərbiyə, həmçinin mədəni irs, turizm və əl işləri sənayesi üzrə təklif olunan nazirlərin səlahiyyətlərinin araşdırılması iclasında “daxili müqavimət” və “fəal diplomatiya”nı İran dövlətinin strategiyası adlandırıb və belə əlavə edib: İslam İnqilabının düşmənləri bilirlər ki, Amerikanın İran xalqına qarşı icbari iqtisadi savaşı otuz il bundan öncəki hərbi icbari müharibə kimi nəticəsiz qalacaq.

Ruhani İranın Amerikanın fitnəsi qarşısındakı strategiyasının inqilabçı səbir və müdrik tədbir strategiyası olduğunu bildirib. Deyib ki, İran İslam Respublikası bu strategiya ilə beynəlxalq səhnədə tək qalmadı və Amerikanı təcriddə qoya bildi.

İran İslam Respublikasının prezidenti vurğulayıb: Bu gün Amerika və müttəfiqləri tək qalıblar və İran xalqı özünü dünya xalqlarının və hətta dünyanın böyük hökumətlərinin kənarında görür.

Ruhani həmçinin bildirib ki, bir il strateji səbirdən sonra İranın nüvə anlaşması öhdəliklərinin azaldılması siyasəti başlanıbdır. O, əlavə edib: Əgər Avropa öz nüvə öhdəliklərinə əməl edə bilməzsə, İran İslam Respublikası mütləq öz öhdəliklərinin azaldılması üzrə üçüncü addımı atacaqdır.

 

 

Teqlər