Sen 04, 2019 11:30 Asia/Baku
  • Zərif Banqladeş rəsmiləri ilə görüşüb
    Zərif Banqladeş rəsmiləri ilə görüşüb

İranın xarici işlər naziri bu gün səhər Banqladeşin paytaxtı Dəkkədə bu ölkənin baş naziri və xarici işlər naziri ilə görüşüb.

Banqladeş rəsmiləri ilə görüşmək, həmçinin Hind okeanı ətrafındakı ölkələrin iclasında iştirak etmək üçün bir nümayəndə heyəti ilə Banqladeşin paytaxtı Dəkkədə səfərdə olan İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Banqladeşin baş naziri Şeyx Həsinə Vacid ilə görüşüb.

İkitərəfli əlaqələr, xüsusən iqtisadi, mədəni və araşdırma sektorlarında iki ölkə münasibətlərinin gücləndirilməsi yolları, son bölgə olayları və İranın gərginliyin azaldılması istiqamətindəki səyləri, eləcə də İran və Banqladeşin İslam Əməkdaşlığı Təşkilatı və digər beynəlxalq təşkilatlardakı həmkarlıqları bu görüşdə, ətrafında fikir mübadiləsi aparılan mövzulardan olubdur.

Zərif Bangladeş rəsmiləri ilə görüşlərinin davamında bu ölkənin xarici işlər naziri Əbulqasim Əbdülmömin ilə görüşübdür.

Teqlər