Sen 04, 2019 15:06 Asia/Baku
  • İran nüvə anlaşması öhdəliklərinin azaldılması üzrə 3-cü addımı atacaq
    İran nüvə anlaşması öhdəliklərinin azaldılması üzrə 3-cü addımı atacaq

İran prezidenti bildirib ki, Avropa ilə müzakirələr hələ yekun anlaşmaya çatmayıbdır. O, deyib: Bu çərçivədə İran nüvə anlaşması öhdəliklərinin azaldılması üzrə 3-cü addımını atacaq və ona əsasən əməl edəcək.

Həsən Ruhani nazirlər kabinetinin iclasında İran ilə nüvə anlaşması tərəfləri arasındakı müzakirələr prosesinin irəlilədiyini bildirib və belə əlavə edib: Bununla belə, nüvə anlaşması tərəfləri ilə yekun anlaşmanın sabahadək əldə olunması mümkünsüzdür və İranın nüvə anlaşması öhdəliklərinin azaldılması üzrə 3-cü addımı bu gün və sabah elan olunacaq.

Ruhani İranın Amerikanın nüvə anlaşmasından çıxması qarşısındakı addımı və strateji səbrini sayıqcasına adlandırıb və belə deyib: İranın nüvə anlaşması öhdəliklərinin azaldılması üzrə 3-cü addımı olduqca mühümdür və İran İslam Respublikasının atacağı ən mühüm addımdır və veriləcək göstərişlə İranın Atom Enerjisi Təşkilatı öz hədəflərinə çatmaq üçün fövqəladə sürət alacaqdır.

İran prezidenti əlavə edib: Eyni zamanda, Tehran üçüncü addımı atacaq və nüvə anlaşması tərəflərinə iki ay fürsət verəcək və əgər razılıq əldə olunmazsa, yenə də müzakirə, məntiq və anlaşma üçün yol mövcuddur.

Ruhani çıxışının digər bir hissəsində Amerikada sərt xətt tərəfdarlarını, rasist sionist rejimi və regiondakı bəzi mütəce hökumət başçılarını İranla Amerika arasında ədalətli və düzgün rabitənin bərqərar olmasını istəməyən üç qrup adlandırıb və Amerikanın nüvə anlaşmasından çıxmasının səbəbini, bu üç qrupun Ağ Ev-ə yiyələnməsi hesab edib.

Teqlər