Sen 06, 2019 15:23 Asia/Baku
  • İranın Xosrəvi sərhədi Kərbəla zəvvarlarının üzünə açılıb

İranın qərbindəki Xosrəvi sərhədi təhlükəsizlik səbəbindən illər boyu bağlı qaldıqdan sonra Kərbəla zəvvarlarının üzünə açılıb.

İranın İraqdakı İslam müqəddəslərinin ziyarətgahlarına ən yaxın sərhəd terminalı olan Xosrəvi sərhədi bu gün İranın daxili işlər naziri Əbdorreza Rəhmani Fəzli, İranın Kermanşah vilayətinin valisi və nümayəndələri, eləcə də İraqlı rəsmilərin iştirakı ilə keçirilən mərasimdə yenidən açılıb.

İranın daxili işlər nazirinin sözlərinə görə, Xosrəvi sərhədinin yenidən açılması, İslam müqəddəslərinin ziyarətgahlarına ən münasib imkanlar və daha yaxşı xidmətlərlə səfər etmək üçün zəvvarlara olduqca yaxşı fürsət yaradır.

Rəhmani Fəzli proqnoz edib ki, sərhədlərdə və konsulluq işlərində asanlaşdırmanın yaradılmasına əsasən, bu il Kərbəla zəvvarlarının sayı ötən illərdəkindən daha çox olacaqdır.

Xosrəvi sərhədi İrandan Bağdad, Kərbəla, Kazimeyn və Samirraya ən yaxın sərhəd terminalıdır.

İranın bu qərb sərhədindən İraqın Bağdad, Nəcəf, Kərbəla, Kazimeyn və Samirra şəhərlərinə qədər olan məsafə müvafiq olaraq, 190, 380, 300, 203 və 326 kilometrdir.

Teqlər