Sen 09, 2019 11:34 Asia/Baku
  • Zərif: İşğalçılar məğlubiyyəti qəbul edib, Əfqanıstanı tərk etsinlər
    Zərif: İşğalçılar məğlubiyyəti qəbul edib, Əfqanıstanı tərk etsinlər

İran İslam Respublikasının xarici işlər naziri dünən gecə əcnəbilərin Əfqanıstanın hazırkı durumundan sui-istifadə etmələri barədə xəbərdarlıq edib, uduzmuş qəsbkarların tez bir zamanda bu ölkədən çıxmalarını istəyibdir.

Əfqanıstanın cari durumundan nigarançılıq edən Məhəmməd Cavad Zərif deyib ki, təcavüzkarlar və işğalçılar məğlubiyyəti qəbul və tez bir zamanda Əfqanıstanı tərk etməlidirlər.

İran İslam Respublikasının xarici işlər naziri həmçinin Əfqanıstanda döyüşən bütün tərəfləri təmkinli olmağa, qardaş qırğınından əl çəkməyə, daimi atəşkəsə dair razılaşmaya və milli barışığa çatanadək sivillərin və günahsızların qanlarını tökməkdən ciddi surətdə çəkinməyə çağırıb.

Zərif bildirib ki, İran Əfqanıstanın suverenliyinə hörmətlə yanaşaraq, hər bir sülh prosesinin bütün əfqan xalqı tərəfindən istiqamətləndirilməsi və bu xalqın ona sahib çıxması vacibliyini vurğulayır.

Zərif deyib ki, İran qonşuların, Əfqanıstan hökumətinin və bütün əfqan qrupların kənarında regional bir təşəbbüsdə davamlı razılaşmaya çatmaq yolunun asanlaşdırılması üçün və günahsızların qanlarının tökülməsinin qarşısının alınması istiqamətində   Əfqanıstanda döyüşən bütün tərəflərlə  məşvərət aparıb, müzakirə etməyə hazırdır və bu istiqamətdə sədaqətli və tərəfsiz səylərini əsirgəməyəcəkdir.

Əfqanıstanın müxtəlif məntəqələri son aylar terror hücumları və partlayışlarının şahidi olublar.

Əfqanıstanda terror qruplarının fəaliyyətləri və əmin-amansızlığın artması elə bir haldadır ki, ABŞ və müttəfiqləri Əfqanıstanda təhlükəsizliyin təmin edilməsi və terrorizmlə mübarizə bəhanəsi ilə 2001-ci ildən bu ölkədə iştirak edirlər.

Kabil rəsmilərinin bildirdiklərinə görə, amerikalıların və müttəfiqlərinin Əfqanıstanda iştirakları yalnız bu ölkədə narkotik maddələr istehsalının, terrorizm və əmin-amansızlığın artmasına bais olubdur.