Sen 10, 2019 08:02 Asia/Baku
  • İnqilab Rəhbərinin iştirakı ilə Hüseyn Aşurası gecəsinin əzadarlıq mərasimi keçirilib

İslam İnqilabının Böyük Rəhbərinin iştirakı ilə İmam Xomeyni(r.ə.) adına hüseyniyyədə Hüseyn Aşurası gecəsinin əzadarlıq mərasimi keçirilib.

Bir qrup məsul şəxsin və əzadar xalqdan minlərlə nəfərin iştirak etdiyi bu mərasimdə, mərasimin natiqi höccətulislam vəlmuslimin Rəfii nicat rəmzi kimi haqq imamının qarşısında təslim olmağın vacibliyini vurğulayaraq, əlavə edib: Həzrət Əba Əbdillah Əl-Husəyn(ə)-ın qiyamı Allah-Taalanın fərmanı əsasında olub və o həzrətin bütün köməkçiləri və səhabələri Kərbəlada imamşünas və haqqa təslim idilər.

Bu mərasimdə həmçinin cənablar Atəşkar və Mohəmmədreza Taheri Həzrət Seyyiduşşuhəda(ə)-ın və Əhli-Beyt(ə)-ın müsibətlərinə mərsiyə və növhələr oxuyublar.

Dünya şiələrinin üçüncü imamı Həzrət Əba Əbdillah Əl-Husəyn(ə)-ın şəhadəti günlərinin əzadarlıq mərasimi məhərrəm ayının yeddinci gecəsindən 12-ci gecəsinədək altı gün müddətinə Tehranda- İmam Xomeyni(r.ə.) hüseyniyyəsində keçirilir.

Teqlər