Sen 10, 2019 16:46 Asia/Baku
  • Məhərrəm, xeyirxahlıq ayı

Məhərrəm ayında və şəhidlər ağası Həzrət Əba Əbdillah Əl-Husəyn(ə)-ın matəm günlərində o həzrətin şiələri əzadarlıq mərasimində iştirakdan əlavə, xeyirxah işlərdə də ikiqat iştirak edirlər.

Məhərrəmdir və matəm bayraqları dalğalanır. Hamı Hüseyn qarasını geyinib və onun məzulmcasına şəhadətinə görə matəmlidir.

Xalq məscidlər, hüseyniyyələr və təkyələrdə matəmə qərq olub.

m.k- Fədakarlıq nümunəsi olan bir kəsin yolunu gedirlər. Daha candan, ailədən, mal-dövlətdən və mənsəbdən keçməkdən yüksək bir şey nə ola bilər. Və bir kəs bu cür fədakarlıq edərkən mütləq ona tabe olan, onun yolunu gedən kəs dərs alaraq, həyatında bu dərsdən istifadə edir.

Dini heyətlər, Əhli-Beyt(ə)-ın mərifət artıran məktəbidir.

m.k- Gecələr əzadarlıqdan sonra bir yerə toplaşırıq. Əgər məhəllədə bir kəsin yardıma ehtiyacı vardırsa, kömək edirik.

İnsanlara kömək, fəzilətsevərlik və zəmin yaratmaq da heyətlərin ən mühüm tapşırıqlarındandır.

Hüseyniyyələr yoxsulların əlindən tutmaq, xeyriyyəçilik, insanların problemlərinə baxmaq və onların həlli üçün sığınacaqdırlar.

İmam Hüseyn(ə) aşiqlərinin və xeyriyyəçilərin Seyyiduşşuhəda əzadarlığı mərasimlərində iştirakları xəstəxanalar, müalicə mərkəzləri və kredit fondlarının yaradılması kimi yaxşı hadisələrə də səbəb olubdur.

m.k- Allah-Taalanın istədyi budur ki, Əhli-Beyt(ə)-ın işlərinin kənarında Əhli-Beytin bərəkətinə, xalq rifahda olmuş olsun. Və Əhli-Beytin işində olan kəslərin məşğuliyyətində mütləq bir xeyirxah iş görülmüş olur.

Mütləq şəkildə xalqın hüseyniyyələrdə şövqlü və əzəmətli iştirakı Əhli-Beytin şərait yaratdığı misilsiz, qızıl bir fürsətdir.

Dini heyətlərin bayraqları təkcə məhərrəmdə deyil, il boyu dalğalanır- vurğunluq cilvələrini göstərmək üçün. Heyət, nigarançılıqları dincliyə çevriən bir məkandır.