Sen 11, 2019 19:05 Asia/Baku
  • General Baqeri: İran-Çin əlaqələrinin gücləndirilməsi hər iki tərəf üçün mühümdür
    General Baqeri: İran-Çin əlaqələrinin gücləndirilməsi hər iki tərəf üçün mühümdür

İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Çin ordusunun baş qərargah rəisi ilə görüşdə deyib ki, İran-Çin əlaqələrinin gücləndirilməsi hər iki tərəf üçün mühümdür.

Çində səfərdə olan İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor pasdar Mohəmməd Baqeri Çin ordusunun baş qərargah rəisi general Li Tszu Tszen ilə görüşdə İranın Çin ilə ikitərəfli münasibətlərə olduqca önəm verdiyini bildirərək, ümidvarlıq edib ki, bu səfər iki ölkənin hərbi əlaqələrinin genişləndirilməsi və gücləndirilməsində dönüş nöqtəsi olacaq.

General-mayor Baqeri Çin Xalq Respublikasının təsis edilməsinin 70 illiyini təbrik edərək, deyib: İki ölkə ötən 40 ildə öz qədim əlaqələrini nəinki qoruyubdur, həm də daim onu gücləndiribdir.

Çin ordusunun baş qərargah rəisi general Li Tszu Tszen də bu görüşdə deyibdir ki, general-mayor Baqerinin Pekinə səfəri iki ölkənin strateji əməkdaşlıqlar səviyyəsini gücləndirəcək.

O, həmçinin general-mayor Baqerini özəl bir qonaq adlandırıb. Bildirib ki, onun səfəri genişlənmiş Tehran-Pekin əlaqələrini yeni etapa daxil edəcək.

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Çinin hərbi rəsmiləri ilə görüş məqsədilə yüksək səviyyəli nümayəndə heyəti ilə bu gün səhər bu ölkənin paytaxtı Pekinə daxil olub.

Teqlər