Sen 12, 2019 12:52 Asia/Baku
  • Ruhani: İranın nöqteyi-nəzərincə, sanksiya şəraitində Amerika ilə müzakirə mənasızdır
    Ruhani: İranın nöqteyi-nəzərincə, sanksiya şəraitində Amerika ilə müzakirə mənasızdır

İran İslam Respublikası prezidenti Fransa prezidenti ilə telefon əlaqəsində bildirib ki, Amerika çoxtərəfli beynəlxalq bir anlaşma olan nüvə anlaşmasından çıxmaqla öz öhdəliklərini yerinə yetirməkdən boyun qaçırıb. O, vurğulayıb ki, İranın dövləti, məclisi və xalqının nöqteyi-nəzərincə, sanksiyaların qaldığı şəraitdə Amerika ilə müzakirə mənasızdır.

Həsən Ruhani bu telefon söhbətində sonra belə qeyd edib: Avropa ilə razılaşmalar yekunlaşarsa, İran öz nüvə anlaşması öhdəliklərinə geri dönməyə hazırdır və İran ilə 5+1 arasında iclas yalnız sanksiyaların götürüləcəyi zaman mümkün olacaqdır.

İran İslam Respublikası prezidenti Fransa prezidentinin səylərinə görə təşəkkür edərək, vurğulayıb ki, İranın üçüncü addımı Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nəzarəti altındadır və eyni zamanda geridönmə qabiliyyətinə malikdir.

Ruhani həmçinin nüvə anlaşmasının möhkəmliyi, Fars Körfəzi və Oman dənizi daxil olmaqla dünyanın su yollarında təhlükəsiziyi İranın iki başlıca hədəfi adlandırıb. Bildirib ki, bu, Avropa Birliyi daxil olmaqla dünyanın və hətta Amerikanın xeyrinədir.

Emmanuel Makron da bu telefon danışığında ölkəsinin razılaşmalar üzrə yeni təklif paketi barədə ABŞ rəsmiləri ilə sıx müzakirələri və addımlarını şəhr edərək, deyib ki, Fransa nüvə anlaşması maddələrinin icrası və anlaşmaya çatmaq üzrə səylərini davam etdirəcək.