Sen 13, 2019 19:36 Asia/Baku
  • İran ilə Belarus arasında media əməkdaşlığı memorandumu imzalanıb

İranın TeleRadio Təşkilatının sədri və Belarus TeleRadio Təşkilatının sədri media həmkarlığını genişləndirmək məqsədilə Minskdə anlaşma sənədi imzalayıblar.

İranın TeleRadio Təşkilatının sədri Əbduləli Əli Əskəri və Belarus TeleRadio Təşkilatının sədri İvan Ariston bu anlaşma sənədini imzalamazdan öncə iki ölkə arasında media və texniki əməkdaşlıqların genişləndirilməsi yolları ətrafında fikir mübadiləsi aparıblar.

İranın TeleRadio Təşkilatının sədri həmçinin Belarus TeleRadio Təşkilatının müxtəlif bölmələrinə baş çəkib.

İranın TeleRadio Təşkilatının sədri Belarusun mədəniyyət və media rəsmiləri ilə görüşmək məqsədilə çərşənbə günü Minskə daxil olub.

Teqlər