Sen 14, 2019 20:12 Asia/Baku
  • Müsəlmanlar yalnız vəhdətlə öz mövcudluqlarını qoruya bilərlər
    Müsəlmanlar yalnız vəhdətlə öz mövcudluqlarını qoruya bilərlər

İslami Məzhəblərin Yaxınlaşdırılması Ümumdünya Assambleyasının baş katibi İslam ümməti arasındakı birliyin qorunması vacibliyini vurğulayıb. Deyib ki, müsəlmanlar yalnız vəhdətlə müasir dünyada öz mövcudluqlarını qoruya bilərlər.

Ayətullah Mohsen Əraki bu gün Ankarada " İslami Birlik: Fələstin və İslam Dünyasının gələcəyi" adlı beynəlxalq konfransın açılış mərasimində deyib: Fələstin məsələsi təkcə Fələstinə məxsus deyil, Fələstin məsələsi bütün İslam Dünyasının məsələsidir.

Ayətullah Əraki vurğulayıb ki, sionist düşmənin Fələstin torpağını parçalamağa və Məsciduləqsa-nı məhv etməyə müvəffəq olacağı halda, bütün müsəlmanlar zərər çəkəcəklər. O, deyib ki, İslam Ümmətinin mahiyyəti bu gün təhdid təhlükəsi qarşısındadır.

Teqlər