Sen 15, 2019 12:09 Asia/Baku
  • Amerikada həbs olunmuş Soleymaninin ailəsi onun azad edilməsini istəyib
    Amerikada həbs olunmuş Soleymaninin ailəsi onun azad edilməsini istəyib

Amerikada həbs olunmuş iranlı alimin ailəsi onun azad edilməsini istəyib.

Məsud Soleymaninin qardaşı və bacısı İsfahan universitetində müxbirlər qarşısında bu alimin son durumuna və izləmələrə toxunublar. Onlar qardaşlarının azad edilməsi üçün daha artıq səy və əzmkarlığın göstərilməsini istəyiblər.

Məsud Soleymaninin qardaşı bu yığıncaqda bu iranlı alimin son vəziyyəti barədə deyib ki, onun səhhəti yaxşı deyil və indiyədək təqribən 15 kilo arıqlayıbdır.

Məsud Soleymani elmi istinadlara görə, dünyanın yüz ən yaxşı alimindən biridir və Amerika və dünyada tanınmış müəssisələrdən olan "Mayo Klinik" institutunun rəsmi dəvəti ilə 2018-ci ilin oktyabrında qanuni surətdə və rəsmi araşdırma vizası ilə Amerikaya daxil olub. O, Amerikaya daxil olan kimi mühakimə edilmədən və qeyri-insani bir şəraitdə narkomaddə qaçaqmalçıları, canilər və küçə xuliqanları ilə bir yerdə həbsdə saxlanır.

Teqlər