Sen 16, 2019 14:05 Asia/Baku
  • Musəvi: İranın nüvə anlaşması öhdəliklərinin bu beynəlxalq anlaşma çərçivəsində azaldılması davam edir
    Musəvi: İranın nüvə anlaşması öhdəliklərinin bu beynəlxalq anlaşma çərçivəsində azaldılması davam edir

İran xarici işlər nazirliyinin sözçüsü İran İslam Respublikasının nüvə anlaşması öhdəliklərinin bu beynəlxalq anlaşma çərçivəsində azaldılmasının davam etməsindən xəbər verib.

İran xarici işlər nazirliyinin sözçüsü Seyyed Əbbas Mousəvi bu gün daxili və xarici müxbirlərlə mətbuat konfransında müxbirimizin İranın nüvə anlaşması öhdəliklərinin azaldılmasının üçüncü addımının atılması tərzi və Avropanın bu beynəlxalq anlaşma qarşısındakı öhdəliklərinin yerinə yetirilməsinə dair sualının cavabında deyib: İran ilə 5+1 arasında anlaşma əldə olunubdur ki, üzvlərdən birinin anlaşmadan çıxmasından sonra yerdə qalan üzvlər öhdəlik götürdülər ki, Amerikanın nüvə anlaşmasından çıxmasını kompensasiya edəcəklər, amma indiyədək müvəffəq olmayıblar.

Musəvi bildirib ki, Avropanın nüvə anlaşması çərçivəsindəki öhdəlikləri BMT Təhlükəsizlik Şurasının qətnaməsi kimi bir dayağa malikdir. O, deyib: Hələ bəzi ökələrin öz öhdəliklərini yerinə yetirmək üçün başqalarından icazə almalı olmaları təəssüf doğurur.

İranın diplomatiya aparatının mətbuat katibi vurğulayıb: Tehran nüvə anlaşması öhdəliklərinin icrasında müvazinətin bərqərar olduğunu hiss edəcəyi zamanadək öz öhdəliklərinə sadiq qalacaq. Amma əgər belə bir nəticəyə çatsa ki, nüvə anlaşmasında iştirak İran İslam Respublikasının maraqları ilə bir istiqamətdə deyil və ölkənin maraqları təmin edilmir, mütləq dördüncü addım formasında münasib addım atmaq barədə qərar qəbul edəcək.

İran xarici işlər nazirliyinin sözçüsü İran İslam Respublikası və Amerika prezidentlərinin Nyu-Yorkda BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində görüşmələri barədəki bəzi media təxminləri barədə belə deyib: Belə bir görüş gündəmdə durmur.

Musəvi səudların neft təsisatlarına qarşı son PUA hücumlarından sonra İrana ittiham vurulması haqda isə bunları söyləyib: Yəmən beş ildir, qanlı savaş problemi ilə üzləşir. Təbiidir ki, bu ölkənin xalqı, ordusu və xalq komitələri təcavüzkarların cinayətlərinə cavab verəcəklər.

Musəvi söyləyib: İran İslam Respublikası bildiribdir ki, Yəmənin xalqını və onun hüquqlarını müdafiə edir, lakin Yəmənin xalqı və ordusunun müdafiə hərəkətlərinin İrana aid edilməsi “maksimum yalan” istiqamətində olaraq, onların uğursuzluqlarının davamıdır.

İran xarici işlər nazirliyinin sözçüsü həmçinin İran İslam Respublikasının Kanadadakı əmlakının müsadirə olunması haqda bunları deyib: Bu hökmün icrası beynəlxalq qanunlara və hüquq normalarına ziddir və İran öz hüquqlarını müdafiə üzrə haqqı/ özü üçün qoruyub saxlayır.

 

 

Teqlər