Sen 16, 2019 15:49 Asia/Baku
  • İran və Türkiyə prezidentləri ikitərəfli görüş keçiriblər
    İran və Türkiyə prezidentləri ikitərəfli görüş keçiriblər

İran, Türkiyə və Rusiya prezidentlərinin üçtərəfli sammitində iştirak məqsədilə Ankaraya səfər etmiş İran İslam Respublikasının prezidenti üçtərəfli sammitdən öncə Türkiyə prezidenti ilə görüşüb.

Deyilənlərə görə, bu iclasın əsas mehvərləri ikitərəfli əlaqələr, iqtisadi əlaqələrin genişləndirilməsi tərzi, eləcə də tərəfləri maraqlandıran məsələlər olubdur.

İran, Türkiyə və Rusiya dövlət başçılarının beşinci sammiti Suriya böhranının həlli üzrə Astana prosesinə zəmanətçi üç ölkənin məşvərətlərinin davamında keçirilir.

İran, Türkiyə və Rusiya prezidentləri bugünkü iclasda müxtəlif iqtisadi sahələrdə əməkdaşlıqların davam etməsi və genişləndirilməsi, həmçinin regional əlaqə barədə danışacaqlar.