Sen 18, 2019 19:14 Asia/Baku
  • İran: Amerikanın anti-İran iddiaları ağ yalandır

İran Xarici İşlər Nazirliyi bildirib ki, ABŞ rəsmilərinin İranın ərəbistanın Aramko neft təsisatlarına qarşı hücumda rolunun olmasına dair iddiaları ağ yalandır.

İran Xarici İşlər Nazirliyi Amerikanın İrandakı maraqlarının qoruyucusu kimi İsveçrənin Tehrandakı səfirliyinə verdiyi rəsmi notada ABŞ hökumətinin İranın ərəbistanın Aramko neft təsisatlarına qarşı hücumda rolunun olmasına dair iddiasını pisləyərək, bildirib: İranın bu hücumda rolu olmayıb və Amerikanın prezidenti Donald Trampın və dövlət katibi Mayk Pompeonun iddiaları ağ yalandır.

İran Xarici İşlər Nazirliyi Amerika hökumətinə xəbərdarlıq edərək, vurğulayıb: Əgər İrana qarşı bir addım atılarsa, dərhal İran İslam Respublikasının cavabı ilə üzləşəcək və onun miqyası təhid mənşəyi ilə məhdud olmayacaqdır.

Teqlər