Sen 20, 2019 15:23 Asia/Baku
  • Tehranın cümə namazı xitabətçisi: Amerika İrana qarşı yalançılığa üz tutub

Tehranın cümə namazı xitabətçisi amerikalıların Yəmən məsələsində İrana ittiham vurmalarına işarə edərək, vurğulayıb ki, Amerika İrana qarşı yalançılığa üz tutubdur.

Ayətullah Mohəmməd Əli Movəhhedi Kermani Tehranın cümə namazı xütbələrində əlavə edib: Amerikalılar İrana qarşı iqtisadi və siyasi təzyiqlərdə məğlub olduqda, yalan və ittihama üz tutublar.

Ayətullah Movəhhedi Kermani vurğulayıb: Amerika və bu ölkənin müttəfiqləri İran İslam Respublikası ilə mübarizədə heç bir qələt eləyə bilməzlər.

Tehranın cümə namazı xitabətçisi həmçinin Müqəddəs Müdafiə həftəsini əziz tutaraq, deyib: Müdafiə müxtəlif meydan və sahələrə malikdir və İran xalqı siyasi, iqtisadi, ictimai və mədəni sahələrdə düşmənlərin fitnələri qarşısında özünü müdafiə etməkdə davam edir.

Səddam rejiminin təcavüzkar ordusu 1980-ci il sentyabrın 22-də bir həftə müddətinə Tehranı fəth edəcəyi xülyası ilə müxtəlif hərbi təchizatlardan istifadə edərək, İrana qarşı geniş hücuma keçdi.

Sentyabrın 22-si İranın münasibətlər təqvimində Müqəddəs Müdafiə həftəsinin başlanğıcıdır.