Sen 20, 2019 16:29 Asia/Baku
  • Dinc dialoq üçün İranın 7 diplomatik təşəbbüsü

İranın xarici işlər naziri Amerikanın Qərbi Asiya bölgəsində koalisiya yaratmaq üzrə planını tənqid edərək, dinc danışıqlar üzrə həll yolu üçün beynəlxalq və regional səviyyələrdə Tehranın yeddi diplomatik təşəbbüsünü sadalayıb.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün tvitter-dəki şəxsi səhifəsində yazıb: İran 1985-ci ildə Fars Körfəzində təhlükəsizlik, 1997-ci ildə sivilizasiyaların dialoqu, 2013-cü ildə dünya/ zorakılığa qarşı, 2014-cü ildə regional dialoq assambleyası, 2015-ci ildə Yəmən sülhü, 2017-cü ildə Astana prosesi və 2019-cu ildə təcavüzetməmə kimi regional müahidə layihələrini təqdim edərək, göstəribdir ki, daima problemlərin dinc dialoqlar yolu ilə həllinin ardınca olubdur.

Amerika son həftələr “Fars Körfəzi və Hörmüz boğazında gəmiçiliyin təhlükəsizlyinin təmini” adlandırdığı məsələ üçün müxtəlif ölkələrdən ibarət bir koalisiya təşkil etməyə səy göstəribdir.