Sen 21, 2019 06:59 Asia/Baku
  • Seyyed Əbbas Mousəvi
    Seyyed Əbbas Mousəvi

İran xarici işlər nazirliyinin sözçüsü dünən gecə Əfqanıstanın cənubunda yerləşən Zabol vilayətindəki terror hücumunu pisləyib.

Seyyed Əbbas Mousəvi Əfqanıstanda mülkilərin toplaşdıqları məkana və ümumi xidmətlər mərkəzlərinə qarşı hücumların artmasından nigarançılıq edib. Mousəvi qadın və uşaqlar xüsusiyyət təşkil etməklə adi əhalinin həyatını təhlükəyə salan hər cür əməliyyatı pisləyib.

İran xarici işlər nazirliyinin sözçüsü ümid etdiyini bildiribdir ki, Əfqanıstanın gələcəyinə maraqlı olan bütün qüvvələr xarici müdaxilə olmadan və dinc həll yolları tapmaqla hazırkı çətin mövqeyi arxada qoyacaqlar.

Cümə axşamı günü səhər bomba qoyulmuş bir ədəd avtomobilin Əfqanıstanın cənubunda yerləşən Zabol vilayətindəki informasiya ofisi binası qarşısında partlaması nəticəsində 39 nəfər ölüb, 140 nəfər də yaralanıbdır.

Taliban qrupu bir açıqlamada bu terror hücumunun məsuliyyətini qəbul edib.