Sen 22, 2019 08:47 Asia/Baku
  • İslami İranda Müqəddəs Müdafiə Həftəsi başlandı
    İslami İranda Müqəddəs Müdafiə Həftəsi başlandı

Bu gün 22 sentyabr, İraqın bəəs rejiminin İran İslam Respublikasına qarşı icbari müharibəsinin başlanmasının ildönümü günüdür.

İraqın devrilmiş diktatoru Səddamın işğalçı ordusu 1980-ci il sentyabrın 22-də Tehranı bir həftə içində fəth edəcəyi xülyası ilə müxtəlif silahlardan istifadə edərək, İrana qarşı geniş hücumlara başladı.

22 sentyabr İranın münasibətlər təqvimində Müqəddəs Müdafiə Həftəsinin başlanğıc günüdür.

Səddamın bəəs-çi ordusu, İslam İran ilə səkkizillik müharibə zamanı zalım güclərin hərtərəfli himayələri və Fars Körfəzi bölgəsindəki ərəb ölkələrinin geniş köməyinə malik idi.

Səkkizillik Müqəddəs Müdafiənin təcrübəsi göstərdi ki, bütün sıxıntılara və təzyiqlərə, həmçinin maliyyə mənbələrinin olmamasına və bir çox çətinliklərə baxmayaraq, böyük əzmkarlıq və Allah-Taalaya təvəkkül etməklə dünya güclərinin zorakılıqları qarşısında dayanmaq olar.

Teqlər