Sen 22, 2019 12:28 Asia/Baku
  • İran: Səud rejimi Yəməndə günahsızları qırğın etməkdən əl çəksin
    İran: Səud rejimi Yəməndə günahsızları qırğın etməkdən əl çəksin

İran xarici işlər nazirliyinin sözçüsü bəzi sədu başçılarının bu ölkənin neft təsisatlarına qarşı hücumun məsuliyyəti barədəki boş və çeynənmiş ittihamlarının heç bir yaxşılığının olmadığını bildirib və onu qəti şəkildə rədd edibdir.

Seyyed Əbbas Mousəvi dünən gecə deyib: Təəssüf doğurur ki, ərəbistan hökuməti, İranın onunla düşməçiliyi illüziyası ilə, həmçinin mövcud reallıqlar və həqiqətlərdən qaçaraq, daim İranın adını gətirməklə öz məğlubiyyətlərini başqasının boynuna yıxmağa çalışır.

İran xarici işlər nazirliyinin sözçüsü ərəbistan hökumətinə tövsiyə edibdir ki, başqalarına əsassız ittihamlar vurmaq yerinə, tez bir zamanda Yəmənin dağılmasından və bu ölkədə günahsızların qırğın edilmlərindən savayı heç bir nailiyyəti olmayan Yəməndəki dəhşətli savaşa son qoysun.

Səudiyyə ərəbistanı hökuməti İran İslam Respublikasına qarşı ittihamvurma serialının davamında BMT Təhlükəsizlik Şurasına göndərdiyi məktubda iddia edib ki, bu ölkənin neft obyektlərinə qarşı hücumda İran silahlarından istifadə olunubdur.

Yəmənin silahlı qüvvələri bir açıqlamada ərəbistanın neft obyektlərinə qarşı hücumun məsuliyyətini öz üzərlərinə götürüblər.

 

 

Teqlər