Sen 23, 2019 07:37 Asia/Baku
  • Zərif və Le-Drian nüvə anlaşması barədə məşvərət ediblər
    Zərif və Le-Drian nüvə anlaşması barədə məşvərət ediblər

Fransanın xarici işlər naziri Jan İv Le-Drian dünən İranın BMT-dəki nümayəndəliyi ofisində olaraq, İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşüb.

Zərif və Le-Drian bu görüşdə nüvə anlaşmasının son vəziyyəti, ikitərəfli əlaqələr, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Tehran və Paris son həftələrdə nüvə anlaşmasının xilas edilməsi istiqamətində danışıqlara başlayıblar.

Fransa, Almaniya və İngiltərə Amerikanın 2018-ci il mayın 8-də qanusuz şəkildə nüvə anlaşmasından çıxmasından sonra vəd verdilər ki, İranın iqtisadi maraqlarının təmin edilməsilə bu anlaşmanı qoruyacaqlar. Bu ölkələr ABŞ-ın hərəkətlərinə qarşı şifahi və siyasi mövqelərinə baxmayaraq, bu anlaşmanı qorumaq üçün verdikləri vədləri yerinə yetirə bilməyiblər.

İran İslam Respublikası 8 may 2019-cu ildə, ABŞ-ın birtərəfli şəkildə nüvə anlaşmasından çıxmasından bir il sonra, həmçinin Amerikanın bu hərəkətinin iqtisadi təsirlərini kompensasiya etmək istiqamətində Avropanın təklif etdiyi həll yollarının səmərəsizliyinin sübut edilməsindən sonra bildirdi ki, anlaşmanın 26 və 36-cı bəndlərinə əsasən, öz öhdəliklərinin bir hissəsini dayandırır.

İran indiyə kimi üç addımda nüvə anlaşması öhdəliklərini azaldıbdır.

İran öz nüvə anlaşması öhdəliklərini azaltmasının davamına təkid edərək bildiribdir ki, bu addımlar anlaşma şəriklərinin öz öhdəliklərinin yerinə yetirilməsi istiqamətində lazımi addımları atacaqları təqdirdə, sürətlə geridönəsidir.

Nüvə anlaşmasının 26 və 36-cı bəndlərinə əsasən, qarşı tərəfin öz öhdəliklərinə sadiq qalmayacağı təqdirdə, İranın öz öhdəliklərinin icrasını tam və cüzi şəkildə dayandırmağa haqqı var.