Sen 26, 2019 07:53 Asia/Baku
  • Ruhani: İranın sanksiya altında olan müzakirəyə cavabı budur: “Yox!”
    Ruhani: İranın sanksiya altında olan müzakirəyə cavabı budur: “Yox!”

İran İslam Respublikasının prezidenti bildirib ki, İranın dövləti və xalqı il yarım ərzində ən kəskin sanksiyalar altında müqavimət göstəribdir. O, deyib: İran heç vaxt beynəlxalq quldurluq, sanksiya və yoxsulluq silahı ilə təslim olmağa vadar etmək istəyən bir düşmənlə müzakirə etməyəcək.

Həsən Ruhani dünən Nyu-Yorkda BMT Baş Assambleyasının illik 74-cü sessiyasındakı çıxışında bildirib ki, İran Amerikanın nüvə anlaşmasından çıxmasına və avropalıların öz öhdəliklərinin icrasında sədaqətsizliklərinə rəğmən, öz nüvə öhdəliklərinin icrasına sadiq qalmaqda davam edibdir. O, əlavə edib: Hamıya sübut olubdur ki, Amerika öz öhdəliklərinə arxar çevirir və Avropa öz öhdəliklərinin icrasında acizdir.

Ruhani əlavə edib: Əgər “Bəli!” cavabını istəyirsinizsə, İslam İnqilabının Böyük Rəhbərinin bildirdikləri kimi dialoq üçün yeganə yol, öhdəliklərə qayıdışdır. Əgər nüvə anlaşmasının adına həssaslığınız vardırsa, onun çərçivəsinə qayıdın və Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi çərçivəsində sədaqətli olun, sanksiyaları dayandırın ki, dialoq yolu açılmış olsun.

Açıq şəkildə deyirəm; əgər minimumlara qanesinizsə, biz də minimumlarla kifayətlənərik. Nüvə anlaşması miniumum idi; istər sizin üçün, istərsə də bizim üçün, amma əgər daha çox istəyirsinizsə, daha çox ödəməlisiniz.

Cənab Ruhani deyib: Bu gün Yaxın Şərq müharibə, qan axıdılması, təcavüzkarlıq, işğalçılıq, məzhəbi və firqəvi təəssüblər və ekstremizm alovunda yanır və belə bir şəraitin ən böyük qurbanı məzlum Fələstin xalqıdır və ayrı-seçkilik, torpaqların ələ keçirilməsi, sionist qəsəbələrin salınması və qırğın davam etməkdədir.

O, deyib: Fars Körfəzi, Oman dənizi və Hörmüz boğazında təhlükəsizlik və sülhü bu bölgənin ölkələrinin iştirakı ilə təmin etmək olar və neft və sair enerji mənbələrinin azadcasına cərəyan etməsinə zəmanət vermək olar, bu şərtlə ki, təhlükəsizliyi bütün ölkələr üçün bütün sahələrdə əhatəli bir çətir hesab etmiş olaq.

Cənab Ruhani əlavə edib: Ölkəmin Fars Körfəzi və Hörmüz boğazı bölgəsində təhlükəsizlik, sülh, sabitlik və inkişafın qorunması sahəsindəki tarixi məsuliyyətinə görə, Fars Körfəzi və Hörmüz boğazından təsirlənən bütün ölkələri “Ümid” koalisiyasına, yəni “Hörmüz sülh təşəbbüsü”nə çağırıram.

O bildirib ki, xarici qüvvələrin komandanlığı və mehvərliliyi ilə bölgədə hər bir ad altında hər cür təhlükəsizlik koalisiyasının yaradılması region məsələlərinə müdaxilənin bariz nümunəsidir. O, deyib: Dənizçiliyi təhlükəsizlik sisteminə salmaq kimi yanaşma inkişaf haqqı və azad dənizçilik haqqı ilə təzad təşkil edir və gərginliyin atmasına, həmçinin şəraitin daha da mürəkkəbləşməsinə bais olaraq, bölgənin sabitliyi, təhlükəsizliyi və sülhünü təhdid edir.

 

O, bölgə ölkələrinin başçılarına xitabən əlavə edib: Sizin qonşunuz, İran İslam Respublikasıdır və keçmiş zamanlardan bəri bizə öyrədiblər ki; “əvvəl, qonşu; sonra evin içi”. Hadisə günündə biz və siz tək qalacağıq. Biz Amerika ilə deyil, bir-birimizlə qonşuyuq! Amerika burdadır, Yaxın Şərqdə yox. Amerika heç bir xalqın vəkili və heç bir hökumətin qəyyumu deyildir. Heç bir hökumət başqa bir hökumətə vəkillik vermir və öz qəyyumluğunu başqasına həvalə etmir. İran prezidenti söyləyib: Əgər bu gün Yəmən alovunun şölələri Hicazadək uzanıbdırsa, günahsızları töhmət və küdurətlər dalğasına düçar etmək deyil, od qalayanı axtarıb, tənbeh etmək gərəkdir.

İran prezidenti əlavə edib: Bizim regionumuz uçurumun kənarında dayanıbdır; belə ki, cüzi bir səhv böyük bir alov törədə bilər. Biz əcnəbilərin təhrikedici müdaxiləsinə dözməyəcəyik və öz ölkəmizin ərazi bütövlüyünə və təhlükəsizliyinə qarşı hər cür təcavüzə cavab verəcəyik. Bu, İran xalqının ismarıcıdır: Gəlin, savaş və zorakılıq üzərində sərmayə yatırmaq yerinə, daha yaxşı gələcəyə ümidlə sərmayə yatıraq, ədalətə qayıdaq. Sülhə, qanuna, əhd-peymana və müzakirə masasına qayıdaq.

 

 

 

 

Teqlər