Sen 27, 2019 18:04 Asia/Baku
  • Ruhani: Amerika müzakirəyə bir maneədir
    Ruhani: Amerika müzakirəyə bir maneədir

İran İslam Respublikasının prezidenti bildirib ki, İran malik olduğu məntiq və dəlillərə görə, müzakirədən qorxub-qaçmır. O, deyib ki, Amerika müzakirənin əsas maneəsidir.

İran İslam Respublikasının prezidenti Həsən Ruhani Nyu-Yorkda BMT Baş Assambleyasının 74-cü sessiyasında iştirak və çıxışdan sonra bu gün Tehrana daxil olarkən müxbirlər qarşısında əlavə edib: İran sanksiya atmosferində, sanksiyanın yaşadığı bir halda, maksimum təzyiqin zəhərli atmosferində hətta 5+1 çərçivəsində belə müzakirə etməyəcək.

İran İslam Respublikasının prezidenti BMT Baş Assambleyasının sessiyası çərçivəsində müxtəlif ölkələrin rəsmiləri ilə geniş və çeşidli görüşlərinə işarə edib. O, deyib ki, bütün rəsmilər “hamı bir nəfər kimi” Amerikanın nüvə anlaşmasından çıxmasını, həmçinin bu ölkənin İranı sanksiya etməsi və İrana qarşı təzyiq tətbiq etməsini pisləyibdir. Onların hamısı deyibdir ki, Amerikanın nüvə anlaşmasından çıxmaq qərarı qeyri-düzgün və yanlış bir qərar idi.

Ruhani əlavə edib: Avropa, Asiya və Afrikadan olan dünyanın yüksək səviyyəli rəsmilərinin demək olar ki, hamısı iranlı heyətlə görüş xahişi ilə çıxış  edirdi və mövcud olan zaman fürsətində İran xalqının haqlılığı, məzlumluğu və mesajı dünya ictimaiyyətinə izah edildi.

İran İslam Respublikasının prezidenti vurğulayıb: BMT Baş Assambleyasının sessiyası çərçivəsində müxtəlif tərəflərə anladıldı ki, İran zəhərli bir atmosferdə müzakirə aparmayacaqdır.

 

 

Teqlər