Okt 01, 2019 15:20 Asia/Baku
  • Qumda şəhid Muhəmməd Hadi Nəsrullahın anım mərasimi keçirilib
    Qumda şəhid Muhəmməd Hadi Nəsrullahın anım mərasimi keçirilib

Livan Hizbullahı baş katibinin böyük oğlu şəhid Mohəmməd Hadi Nəsrullahın anım mərasimi bu şəhidin ailəsi, həmçinin İran xalqının müxtəlif təbəqələri və dini elmlər hövzələrinin din alimlərindən bir qrupunun iştirakı ilə Qum şəhərində keçirilib.

Bu mərasimdə Ümumdünya Şəbab əl-Muqavimə cəbhəsinin baş katibi Muhəmməd İsmail Pourhəvaşemi deyib: Bu böyük şəhid sionist rejimə qarşı cihadın ön xəttində düşmənlərin birbaşa atəşi ilə şəhid olubdur.

Pourhəvaşemi bütün dünyadan azadlıqsevər gənclərin zülm və zalm qüvvələrlə mübarizə üçün bir yerə toplaşmaları vacibliyini vurğulayıb.

Seyyid Həsən Nəsrullah da bir videomüraciətdə deyib: Muhəmməd Hadinin şəhadəti Hizbullah üçün sədaqət gətirdi və əgər müqavimət yolu və şəhidlər karvanı davam edirsə, bu o deməkdir ki, şəhidlər hələ yaşayır və hər yerdə iştirak edirlər.

Şəhid Muhəmməd Hadi Nəsrullah 1997-ci il sentyabrın 12-də sionist rejim ordusunun Livanın cənubunda yerləşən "Cəbəl əl-Rəfi" bölgəsindəki mövqelərinə hücumda şəhid oldu və doqquz ay sonra cənazəsi Livana qayıtdı.

 

Teqlər