Okt 01, 2019 19:37 Asia/Baku
  • Dünya ictimaiyyəti çoxtərəfli və regional iqtisadi həmkarlıqlara ehtiyaclıdır
    Dünya ictimaiyyəti çoxtərəfli və regional iqtisadi həmkarlıqlara ehtiyaclıdır

İran prezidenti ölkələrin iqtisadi əlaqələrində çoxlu sayda problemin yaranması, dünyada iqtisadi inkişafın azalması, mühacirət, əmin-amansızlıq və yoxsulluğun günbəgün artmasına toxunaraq, təkid edib: Beynəlxalq sistem çoxtərəfli və regional iqtisadi həmkarlıqlara ehtiyaclıdır.

İran prezidenti Həsən Ruhani bu gün İrəvanda, Avrasiya iqtisadi birliyinin sammitində İran ilə bu birlik arasında ticarət razılaşmasının imzalanmasını çoxtərəfli və regional iqtisadi-ticari münasibətlərin inkişafına köməkdə güclü siyasi iradə ilə yanaşı olan Tehranın konstruktiv və əhatəli baxışının bəyanedicisi adlandırıb.

Ruhani vurğulayıb ki, dünya ictimaiyyəti təsirli addımlar və qətiyyətli qərarlara gəlməklə Amerikanın düşmənçilik və təkvektorlu yanaşması ilə mübarizə aparmalıdır. O, deyib: Amerika son illər ikitərəfli razılaşmaları pozmaq, beynəlxalq öhdəlik və razılaşmalara məhəl qoymamaq və təkvektorlu yanaşma tətbiq etməklə Çin, Rusiya, öz müttəfiqlərindən bir qrupu daxil olmaqla bir çox digər ölkəni hədəfə alıbdır.

İran prezidenti vurğulayıb: Dollardan bir silah kimi istifadə etmək iqtisadi terrorizmlə nəticələnəcəkdir.

Ruhani vurğulayıb: İran İslam Respublikası xarici investisiyaya dəstək və təşviq üzrə ən əhatəli qanunlardan birini qəbul edib, icbari etməklə Avrasiya iqtisadi birliyinin investorları və sahibkarlarını qarşılamağa hazırdır.

 

Teqlər