Okt 02, 2019 16:52 Asia/Baku
  • İnqilab Rəhbəri: Maksimum təzyiq uğursuz qalıb
    İnqilab Rəhbəri: Maksimum təzyiq uğursuz qalıb

İslam İnqilabının Böyük Rəhbəri Amerikanın maksimum təzyiq siyasətinin uğursuz qalmasına və İranın hegemonçuluq sistemi qarşısında təslim olmamasına işarə ediblər. Bildiriblər ki, İran ciddilik və qətiyyətlə və qənaətbəxş nəticəyə çatanadək nüvə öhdəliklərini azaltmağı davam etdirəcək.

Həzrət Ayətullahuluzma Xamenei bu gün İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın komandan və komandirlərindən minlərlə nəfərlə görüşdə amerikalıların İranın məğlubiyyəti barədə hətta simvolik də olmuş-olsa belə bir vəziyyət yaratmaq və onu təlqin etmək üzrə son uğursuz cəhdlərinə işarə edərək, əlavə ediblər: Onlar İran İslam Respublikası prezidentini görüşə məcbur etmək üçün yalvarışa da düşdülər, avropalı dostlarını da köməyə çağırdılar, amma bacarmadılar və bu saatadək maksimum təzyir uğursuz qalıb və mən qətiyyətlə deyirəm ki, onlar sonadək də bu maksimum təzyiqdə uğursuz qalacaqlar.

O həzrət həmçinin nüvə məsələsinə işarə edərək, deyiblər: Məsuliyyəti İranın Atom Enerjisi Təşiklatının üzərinə düşən nüvə öhdəliklərinin azaldılması dövlətin elan etdiyi kimi, qənaətbəxş nəticəyə çatmaq üçün tam ciddiliklə, həmçinin dəqiq və əhatəli formada davam etməlidir və mütləq də nəticəyə çatacaqdır.

Həzrət Ayətullahuluzma Xamenei Amerika xüsusiyyət təşkil etməklə düşmənlərin Əfqanıstan, İraq və Suriyadakı xərclərinə işarə və belə qeyd ediblər: Onlar iri xərclərlə İŞİD-i yaratdılar, ona silah, maliyyə və təbliğat dəstəkləri göstərdilər. İŞİD Suriya, İraq və İran gənclərinin ciddi-cəhdi ilə məhv edilib, onlar isə yalandan deyirlər ki, biz İŞİD-i məhv etdik!

İslam İnqilabının Böyük Rəhbəri möhtəşəm müqavimət məcmuəsinin müttəfiq küfr və zülm cəbhəsi ilə mübarizə sahəsindəki qabiliyyətlərini yüksək dəyərləndiriblər. O həzrət İslam İnqilabı Keşikçiləri Korpusuna tövsiyə olaraq, deyiblər: Müqavimət coğrafiyasına geniş və sərhədaşırı baxışınızı itirməyin.

Həzrət Ayətullahuluzma Xamenei iqtisadi məsələlər sahəsinə də toxunublar: Bəziləri bundan qabaq belə proqnoz edirdilər ki, 1398-ci günəş ili olduqca kəskin iqtisadi problemlər ili olacaq, halbuki hazırda ölkənin məsul şəxsləri ilin ilk altı ayında nisbi iqtisadi inkişafdan xəbər verirlər.

İslam İnqilabının Böyük Rəhbəri söyləyiblər: İran xalqının zülm, zalım qüvvələr və küfr dünyası ilə hazırkı mübarizəsinə hər bir yöndən baxılarsa, son qalib, İran xalqıdır.

Teqlər