Okt 03, 2019 14:45 Asia/Baku
  • İnqilab Rəhbəri: Müqəddəs Müdafiə həqiqətləri köhnəlməməli, unudulmamalı və inkar edilməməlidir
    İnqilab Rəhbəri: Müqəddəs Müdafiə həqiqətləri köhnəlməməli, unudulmamalı və inkar edilməməlidir

İslam İnqilabının Böyük Rəhbəri “İranın Mərkəzi vilayətinin 6200 şəhidi” konfransının məsul şəxsləri ilə görüşdə vurğulayıblar: Müqəddəs Müdafiənin böyük həqiqətləri köhnəlməməli, unudulmamalı və ya onların inkar olunmasına imkan yaranmamalıdır.

Həzrət Ayətullahuluzma Xameneinin 2019-cu il sentyabrın 30-da keçirilmiş  “İranın Mərkəzi vilayətinin 6200 şəhidi” konfransının məsul şəxsləri ilə görüşdəki bəyanatı bu gün səhər bu konfransın Ərak şəhərində keçirildiyi məkanda yayılıbdır.

İslam İnqilabının Böyük Rəhbəri şəhidlərin ataları, anaları və həyat yoldaşlarının çox dəyərli xatirələrinin toplanması vacibliyini vurğulayaraq, əlavə ediblər: Şəhadət Allah-Taalanın bu görkəmli şəxslərə nəsib etdiyi nemət və imtiyazdır və bu parlaq yolda qərar tapmış şəhidlərin, müharibə əlillərinin və döyüşçülərin tərcümeyi-halları başdan-başa dərs olaraq, onların yüksək mənəvi dərəcələrini göstərir.

İslam İnqilabının Böyük Rəhbəri şəhidlərin xatirələrinin daha qabarıq və daha parlaq olmalarını yüksək əhval-ruhiyyə, ümid və istiqamət verən amil adlandırıb və belə qeyd ediblər: Şəhidlərin ailələrinin xatirələrinin qeyd olunmasında sual edilib, araşdırılmalı məsələ, onların/ övladları və həyat yoldaşlarının Allah yolunda cihad meydanında iştirakları ilə razılaşmaqdakı məqsədləridir.

O həzrət şəhidlərin cihadda məqsədlərini ilahi razılığı əldə etmək və Həzrət Seyyiduşşuhəda(ə)-ı zikr etmək adlandırıb və belə əlavə ediblər: Bu kimi toplantıların keçirilməsi işin sonu hesab olunmamalı, əksinə gəncləri və yeniyetmələri Müqəddəs Müdafiə və İnqilab maarifi ilə tanış etmək yolunun başlanğıcı olmalıdır.

 

Teqlər