Okt 03, 2019 20:09 Asia/Baku
  • General Soleymaninin terroru üzrə ibri-ərəbi plan uğursuz qalıb
    General Soleymaninin terroru üzrə ibri-ərəbi plan uğursuz qalıb

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın təhlükəsizlik təşkilatının rəisi ibri-ərəbi xidmətlərinin Sepah-ın Qüds qüvvələrinin komandanı general-mayor pasdar Qasem Soleymanini terror etmək üzrə planının uğursuz qalmasından xəbər verib.

Hoseyn Taeb Sepah komandanlarının Tehranda keçirilən 23-cü baş assambleyasında söyləyib: Bu planda qərara alınmışdı ki, muzdur terror dəstəsi 2019-cu ilin fevralında İrana daxil olaraq, ölkənin cənubunda yerləşən Kerman vilayətində general-mayor Soleymaninin mərhum atasının hüseyniyyəsinin kənarında bir məkanı satın alsın.

Taeb əlavə edib: Terrorçular qərar üzrə öncədən təyin olunmuş məkanda yerləşərək, 350-500 kilo partlayıcı maddə əldə etməli və kanal yaratmaq yolu ilə onu hüseyniyyənin altında yerləşdirməli idilər ki, hər ilin Tasua və Aşura günlərində olduğu kimi general-mayor Soleymani bu hüseyniyyəyə gələn kimi onu partlatsınlar.

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın təhlükəsizlik təşkilatının rəisi əlavə edib: Terrorçular hətta böyük xərclərlə gəlib, əməliyyatı həyata keçirməkdən ötrü İranın daxilinə göndərilmək üçün İrandan qonşu ölkələrə təlim görməyə gedən zaman Sepah-ın nəzarəti altında idilər.  

Taeb deyib: Dəqiq və sayıqcasına kəşfiyyat işi və Sepah-ın baş komandanının göstərişi ilə Tasua və Aşura günlərindən öncə bu üç nəfərlik banda həbs edildi və belə bir cinayəti törətmək üçün ibri-ərəbi xidmətlərin neçəillik fitnə və planları zərərsizləşdirilərək, məğlubiyyətə uğradıldı.

 

 

Teqlər