Okt 06, 2019 18:00 Asia/Baku
  • General-mayor Səlami: İranın sərhədaşırı mediaları qeyri-bərabər savaşa daxil olublar
    General-mayor Səlami: İranın sərhədaşırı mediaları qeyri-bərabər savaşa daxil olublar

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın baş komandanı bildirib ki, İranın sərhədaşırı mediaları qeyri-bərabər savaşa daxil olublar. O, deyib ki, həqiqətin qələbəsi qətidir.

General-mayor Hoseyn Səlami bu gün Tehranda əlavə edib: Müharibə meydanı ölkə coğrafiyasından ürəklərin coğrafiyasına və zehni sərhədlərə doğru mövqe dəyişikliyi edibdir. Buna görə, zehinləri daha yaxşı idarə edə biləcək hər bir kəs bu döyüşdə uğur qazanacaqdır.

General-mayor Səlami bildirib ki, düşmənlər gələcək dünyanı formalaşdırmaq niyyətindədirlər. O, deyib: Düşmənlər insan haqları, azadlıq, müharibə və qanuni müdafiəni elə tərif etməyə çalışırlar ki, sionistlərin cinayətləri qanuni müdafiə, yəmənli və fələstinli uşaqların öldürülmələri isə militarizm kimi tərif edilmiş olunsun.

İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı vurğulayıb ki, media məzlumların səsinin əks-sədasının inikası ola bilər.

O, deyib: Bu, məhz media döyüşüdür və İranın sərhədaşırı mediaları həqiqəti göstərməklə düşmən medialarını etibardan sala bilərlər.

General-mayor Səlami deyib: İranın sərhədaşırı mediaları həqiqəti bəyan etdikləri üçün qalib gələcəklər. O, belə qeyd edib: Böyük güclər nahaqq olduqları üçün dağılıblar və geri çəkilməkdə və meydanı tərk etməkdədirlər.

 

Teqlər