Okt 07, 2019 21:30 Asia/Baku
  • General Musəvi : İranın silahlı qüvvələri hərhansı təhdidi qüdrətlə cavablandıracaq
    General Musəvi : İranın silahlı qüvvələri hərhansı təhdidi qüdrətlə cavablandıracaq

İran ordusunun baş komandanı deyib: İran İslam Respublikası silahlı qüvvələri düşmən tərəfindən hər hansı təhdid və təhlükəni qüdrətlə cavablandıracaq.

İRİB-in verdiyi məlumata görə, İİR ordusunun baş komandanı General Palkovnik Seyid Əbdürrəhim Musəvi bu gün ölkənin cənubunda əcnəbilərin Asiyanın qərbindəki fəaliyyətlərinə işarə edərək deyib: Regiondan kənar ölkələr Asiyanın qərbinə daxil olduqları gündən destabilliyə və çaxnaşmalara səbəb olublar. 

General Musəvi deyib: Artıq 40 ildir Fars körfəzi məntəqəsinin təhlükəsizliyi İran İslam Respublikası silhalı qüvvələrinin səyləri nəticisində mühafizə olunur və region ölkələri də kömək etsələr bura dünyanın ən təhlükəsiz bölgəsi olacaq. 

GENERAL MUSƏVİ: HƏRHANSI TƏHDİD QÜDRƏTLƏ CAVABLANDIRILACAQ