Okt 08, 2019 08:00 Asia/Baku
  • İranın İngiltərədəki səfiri bu ölkənin borcunun İrana ödənişi sahəsində Londonun sabotajının davam etməsindən xəbər verib.
    İranın İngiltərədəki səfiri bu ölkənin borcunun İrana ödənişi sahəsində Londonun sabotajının davam etməsindən xəbər verib.

İranın İngiltərədəki səfiri bu ölkənin borcunun İrana ödənişi sahəsində Londonun sabotajının davam etməsindən xəbər verib.

Həmid Bəiidinejad tvitter-də mesaj yayaraq, yazıb: Bazar ertəsi günü İngiltərə məhkəməsində elan olundu ki, bu ölkənin pəhləvi rejimi tərəfindən silah alqısına dair müqavilə ilə bağlı İrana olan borcunun ödənişi üzrə növbəti iclas altı aydan sonra keçiriləcək ki, bu da Londonun bu işdəki sabotajının davam etməsinin nişanəsidir.

Bu borc qırx il bundan öncə “Çiften” tanklarının satın alınması barədə pəhləvi hökuməti ilə İngiltərənin müdafiə nazirliyi arasında bağlanmış müqavilə ilə bağlıdır. Həmin müqaviləyə əsasən, 1500 ədəd tank və zirehli avtomobil İrana təhvil verilməli idi, amma İslam İnqilabından sonra həmin müqavilə ləğv edildi.

İngiltərə məhkəməsi iki ay bundan öncə yeni bir qərar çıxardı ki, onda ingilis tərəf sanksiya illəri ilə bağlı, borcun faizinin bir hissəsini ödəməkdən azad edildi.