Okt 08, 2019 12:59 Asia/Baku
  • Ale-Həbib: ABŞ-ın qanunsuz hərəkətləri çoxtərəfliliyin əsaslarını təhdid edir
    Ale-Həbib: ABŞ-ın qanunsuz hərəkətləri çoxtərəfliliyin əsaslarını təhdid edir

İranın BMT-dəki nümayəndəsi, ABŞ-ın birtərəfli və qanunsuz hərbi hərəkətlərnin dünya ictimaiyyətinin sükutu altında görünməmiş dərəcədə gücləndiyini və çoxtərəfliyin təməllərini təhdid etdiyini söyləyib.

Eshaq Ale-Həbib Nyu-Yorkda BMT Baş Assambleyasının ikinci komitəsinin əsas iclasında əlavə edib: Beynəlxalq ictimaiyyət siyasi öhdəliklər əsasında əzmkar qərar və qətiyyətli addımlarla ABŞ-ın bu cür qanunsuz hərəkətlərini tamamilə aradan qaldırmaq üçün addım atmalı və bütün ölkələrin bərabər və tarazlı inkişafı üçün bütün səviyyələrdə münasib atmosfer yaratmalıdır.

Ale-Həbib sonra belə qeyd edib: İran İslam Respublikası quruluşu bütün sanksiyalara və məhdudiyyətlərə baxmayaraq/ yoxsulluq, aclıq, cəhalət, xəstəlik və iqlim problemlərindən azad bir dünyaya kömək etməkdə əzmkardır.