Okt 08, 2019 18:00 Asia/Baku
  • Bədxahlar maksimum təzyiq strategiyasından məyus olublar
    Bədxahlar maksimum təzyiq strategiyasından məyus olublar

İran İslam Respublikasının prezidenti deyib: İslami quruluşun düşmənləri qəbul ediblər ki, İrana qarşı maksimum təzyiq strategiyası uğursuz qalıb və onlar İran xalqı qarşısındakı bu münasibəti kənara qoymalıdırlar.

İran İslam Respublikasının prezidenti Həsən Ruhani bu gün İranın təhlükəsizlik naziri, onun müavinləri və təhlükəsizlik nazirliyinin baş müdirləri ilə görüşdə bildirib ki, bu məcmuə islami quruluşun ən mühüm nailiyyət və sərmayələrindəndir. O, deyib: İranın təhlükəsizlik nazirliyinin əsas tapşırığı/ xalqın maraqları, milli təhlükəsizlik, ölkə və quruluşun qorunmasıdır.

“İran xalqı bədxahların maksimum təzyiqi ilə mübarizə kimi sərt sınaqda böyük fədakarlıq edərək, başıuca olubdur”- deyən Ruhani əlavə edib: İran xalqı göstərdi ki, sayıqdır və çətinliklər və təzyiqlərin köklərini düzgün şəkildə tanıyır.

İran prezidenti həmçinin ölkənin iqtisadi şəraitinə işarə edərək, deyib: İran xalqına qarşı misli görünməyən düşmənçiliklər və çətinliklərə rəğmən, son aylar ərzində mühüm iqtisadi göstəricilər yaxşılaşıb və təhlükəsilzik nazirliyinin bu sahədəki rolu görkəmli olubdur.

Ruhani bildirib ki, iş və investisiya mühitində təhlükəsizlik yaratmaq kapital və texnologiyadan daha vacibdir. O, vurğulayıb: Təhlükəsizlik nazirliyinin İrana qarşı iqtisadi müharibə və sanksiyalarda, biznes və investisiya üçün təhlükəsiz mühitin qorunması və artırılmasında rolu davam etməlidir.

 

 

 

 

Teqlər