Okt 09, 2019 13:49 Asia/Baku
  • İraq xalqının sayıqlığı başqalarının sui-istifadəsinə mane olacaq

İranın xarici işlər naziri İraq çaxnaşmalarına toxunaraq deyib ki, İraq xalqının sayıqlığı başqalarının sui-istifadəsinə mane olacaq.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün Tehranın son İraq çaxnaşmalarına olan mövqeyini şərh edərək, əlavə edib: İran İslam Respublikasının rəsmiləri bu qənaətdədirlər ki, İraq xalqı sayıq bir xalqdır və bu ölkə hökumətinin də rəsmən qəbul etdiyi öz qanuni narahatlıqlarından başqalarının sui-istifadə etmələrinə icazə verməyəcək.

Zərif əlavə edib: İraq xalqı bu ölkənin sahibidir və onun hüquqlarına riayət olunmalıdır.

İraqın bəzi vilayətləri, o cümlədən Bağdad, son günlər dövlət xidmətlərinin qeyri-münasib vəziyyətinə, iş imkanlarının olmamasına və korrupsiyaya qarşı etiraz nümayişlərinin şahidi olub.

Faktlar göstərir ki, nümayişlər təbii surətdə formalaşmayıb və onların meydana gəlməsində əcnəbilərin rolu olubdur.
İraqın baş naziri Adil Əbdulməhdi iğtişaşlara cavab olaraq deyib ki, İraq hökumətinin prioriteti xalqın qanuni tələblərini təmin etmək və onun bütün haqlı tələblərinə cavab verməkdir.

 

 

Teqlər