Okt 12, 2019 08:04 Asia/Baku
  • Zərif TRT ilə müsahibədə: Təhlükəsizlik təcavüz və hücumla əldə olunmayacaq
    Zərif TRT ilə müsahibədə: Təhlükəsizlik təcavüz və hücumla əldə olunmayacaq

İranın xarici işlər naziri Türkiyənin dövlət televiziyası- TRT ilə müsahibədə bildirib ki, İran İslam Respublikası Türkiyənin təhlükəsizlik durumunun yaxşılaşdırılması üzrə tələbini qəbul edir. O, qeyd edib ki, bu təhlükəsizlik Suriyaya təcavüz və hücumla əldə olunmayacaq.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif dünən yayılan bu söhbətdə bildirib ki, İran İslam Respublikası daha yaxşı seçimləri Türkiyəyə təqdim edibdir. O, söyləyib: Adana sazişi indi də mötəbərdir və İran kürdlər, Türkiyə hökuməti və Suriya arasında vasitəçiliyə hazırdır ki, Türkiyə hökumətinin həmkarlığı ilə sərhədlərin təhlükəsizliyinin idarə edilməsi Suriya ordusuna tapşırılmış olsun.

Zərif əlavə edib: Adana sazişinin izlənilməsi təhlükəsizliyə nail olmaq üçün daha yaxşı həll yoludur.

İranın xarici işlər naziri TRT müxbirinin İranın Suriyadakı son istəyi barədə olan sualına cavabda belə deyib: Altı il bundan qabaq Nyu-Yorkda Türkiyənin sabiq xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşdə ona təcili atəşkəs, əhatəli bir hökumətin təşkili, suriyalı-suriyalı dialoq və seçkilərə şamil olan dördetaplı sülh layihəsi təklif olunmuşdu.

Zərif vurğulayıb: İndi də İranın istəyi, suriyalı-suriyalı dialoq, əsas qanunun yenidən nəzərdən keçirilməsi və seçkilərin/ növbəti Suriya prezident seçkilərinin qanuni zamanı olan 2021-ci ildə keçirilməsidir.

İranın xarici işlər naziri sonra belə qeyd edib: Suriya əsas qanununun yenidən nəzərdən keçirilməsi komitəsinin təşkili olduqca önəmlidir və bu addım ciddi tədbirlər, o cümlədən gərginliyin azaldılması ilə izlənilməlidir.

 

Teqlər