Okt 13, 2019 12:25 Asia/Baku
  • Laricani: Amerikalılar beynəlxalq münasibətlərdə qarışıqlığa səbəb olublar
    Laricani: Amerikalılar beynəlxalq münasibətlərdə qarışıqlığa səbəb olublar

Amerikalıların beynəlxalq münasibətlərdə qarışıqlığa səbəb olduqlarını vurğulayan İran İslam Şurası Məclisinin sədri müxtəlif ölkələrin rəsmiləri ilə dialoqa təkid edib.

İran İslam Şurası Məclisinin sədri Əli Laricani bu gün Dünya Parlamentlərarası Birliyinin iclasında iştirak etmək üçün Belqrada getməzdən əvvəl əlavə edib: Bu iclas regional və beynəlxalq məsələlər və ikitərəfli əməkdaşlıq da daxil olmaqla müxtəlif sahələrdə parlament sədrləri ilə müzakirə etmək üçün bir fürsətdir.

İran-Serbiya münasibətlərinə toxunan Laricani İran ilə dost münasibətləri olan Serbiya ilə əməkdaşlığın genişləndirilməsinin hər zaman Tehranın diqqət mərkəzində durduğunu söyləyibdir.

İran İslam Şurası Məclisinin sədri Əli Laricani Dünya Parlamentlərarası Birliyinin 141-ci iclasında iştirak etmək üçün bu gün Serbiyanın paytaxtı Belqrada yola düşüb.

Teqlər