Okt 14, 2019 07:30 Asia/Baku
  • İnqilab Rəhbəri: Yəmən savaşının düzgün şəkildə bitməsi bölgədə müsbət təsirlərə malik olacaq
    İnqilab Rəhbəri: Yəmən savaşının düzgün şəkildə bitməsi bölgədə müsbət təsirlərə malik olacaq

İslam İnqilabının Böyük Rəhbəri bildiriblər ki, İran İslam Respublikası çox əvvəllər Yəməndə savaşı dayandırmaq üçün dördmaddəlik bir layihə təqdim edibdir. O həzrət qeyd ediblər ki, əgər bu savaş düzgün tərzdə başa çatarsa, bölgədə müsbət təsirlərə malik ola bilər.

Həzrət Ayətullahuluzma Xamenei dünən axşam Pakistanın baş naziri və onu müşayiət heyət ilə görüşdə İran-Pakistan münasibətlərini son dərəcə dərin və xəlqi adlandırıb və iki ölkə əməkdaşlıqlarının genişləndirilməsi üçün bu zəmindən istifadənin vacibliyini vurğulayıblar.

İslam İnqilabının Böyük Rəhbəri İran və Pakistan xalqlarının olduqca yaxın və xəlqi əlaqələrindən nümunələr sadalayaraq, bildiriblər ki, İran İslam Respublikasının Pakistana baxışı qonşuluqda yerləşən bir qardaşa olan baxışdır.

Həzrət Ayətullahuluzma Xamenei əlavə ediblər: Bu tayı olmayan fürsətə rəğmən, iki ölkə münasibətləri mövcud durumdan daha səmimi və daha yaxşı olmalıdır. Sərhədlərin təhlükəsizliyi artmalı və qaz boru xətti kimi yarımçıq qalmış proqramlar təkmilləşdirilməlidir.

İslam İnqilabının Böyük Rəhbəri Pakistanın sülh və təhlükəsizliyin bərqərarı sahəsindəki səylərini yüksək dəyərləndirərək, Qərbi Asiya bölgəsini son dərəcə həssas və mühüm bölgə adlandırıblar. O həzrət hamının hadisənin baş verməsindən ehtiyatlanmalarını vurğulayaraq, bəzi bölgə ölkələrinin İraq və Suriyadakı terror dəstələrinə dəstək vermək, Yəməndə müharibə salmaq və qan axıtmaq üzrə təxribatçı rollarından təəssüf ifadə ediblər.

O həzrət əlavə ediblər: Bizim bu ölkələrlə düşmənçilik üçün bir məqsədimiz yoxdur, amma onlar Amerikanın iradəsi altındadırlar və Amerikanın istəyi istiqamətində İran İslam Respublikasına qarşı hərəkət edirlər.

İran İslam Respublikasının heç bir savaşın başlayıcısı olmadığını nəzərə çarpdıran İslam İnqilabının Böyük Rəhbəri vurğulayıblar: Əlbəttə, əgər bir kəs İran qarşısında savaşa başlayarsa, şübhəsiz, peşman olacaqdır.

İmran xan da bu görüşdə İran və Pakistanı iki qardaş ölkə adlandırıb və belə deyib: Tehran-İslamabad həmkarlıqları genişlənməlidir və biz münasibətlər üçün İrana xüsusi yer ayırmışıq, zira İranı, xüsusən ticarət sahəsində mühüm bir şərik hesab edirik.