Okt 15, 2019 13:17 Asia/Baku
  • Laricani: İran ilə Rusiya arasında ciddi etimad yaranıbdır

İran İslam Şurası Məclisinin sədri Rusiya senatının sədri ilə görüşdə deyib ki, beynəlxalq məsələlər barədə Tehranla Moskva arasında ciddi etimad yaranıbdır.

İran İslam Şurası Məclisinin sədri Əli Laricani dünən Serbiyanın paytaxtı Belqrad şəhərində keçirilən Dünya Parlamentlərarası Birliyinin 141-ci iclası çərçivəsində Rusiya senatının sədri Valentina Matvienko ilə görüşdə vurğulayıb: Amerika prezidenti Donald Trampın beynəlxalq səhnədəki anormallıqlarını nəzərə alaraq, dünya rəhbərləri bir-birilərinə daha artıq etimad eməlidirlər ki, bu yolla Trampın bəzi anormallıqlarına çarə qılınmış olsun.

Rusiya senatının sədri də Rusiyanın İran barədəki stabil və prinsipial mövqeyindən xəbər verib. Deyib ki, Rusiya nüvə anlaşmasının pozulması ilə müxalifdir, zira bu hadisənin bir çox ziyanları vardır.

Valentina Matvienko beynəlxalq məsələlər barədə dialoqun önəmini vurğulayaraq, əlavə edib: Amerika prezidentinin hərəkətləri beynəlxalq münasibətlərdəki gərginlikləri artırıb və xəbərdarlıqedici səviyyədə qərar veribdir.

 

Teqlər