Okt 18, 2019 15:37 Asia/Baku
  • Ərbəin yürüşü düşmənlərin kabusuna çevrilib
    Ərbəin yürüşü düşmənlərin kabusuna çevrilib

Tehranın cümə namazı xitabətçisi Hüseyn(ə) Ərbəini yürüşünü dünya azadlıqsevərlərinin düşmənlər qarşısında dayanmaları adlandırıb və deyib ki, Ərbəin yürüşü düşmənlərin kabusuna çevrilibdir.

Tehranın cümə namazı xitabətçisi höccətulislam Mohəmməd Cəvad Hac Əli Əkbəri Tehranın cümə namazı xütbələrində Hüseyn(ə) Ərbəini mərasimini əzəmətli keçirməsinə görə, İraqın hökuməti və xalqına təşəkkür və əlavə edib: Ərbəin yürüşündə otuz milyon nəfər “Ləbbeyk, ya Hüseyn!” nidası verərkən bu hərəkət zalımların vücudlarını titrədir.

Höccətulislam Hac Əli Əkbəri vurğulayıb: Hüseyn(ə) Ərbəini beynəlxalq imperializmin tənəzzül etməsində fövqəladə bir sürətləndiricidir.

Tehranın cümə namazı xitabətçisi bildirib ki, Hüseyn(ə) Ərbəininin məntiqi İslamı qalib edəcək. O, deyib: Hüseyn(ə) Ərbəininin məntiqi/ ümid, yorulmaz müqavimət, hərtərəfli fəthetmə, düşmənlə sərhədin çəkilməsi, qorxmazlıq və insanlarla səmimi mehribanlıqdır.