Okt 19, 2019 08:22 Asia/Baku
  • Şəmxani: Düşmənlər Ərbəinin əzəmətini aradan götürməkdə uğursuz qaldılar

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi deyib: Bəziləri Hüseyn(ə) Ərbəininin əzəmətini götürməyə çalışdılar, amma bir iş görə bilmədilər.

Kontr-admiral Əli Şəmxani dünən axşam İranın Xuzistan vilayətinin Şələmçə beynəlxalq sərhədinə baş çəkərkən vurğulayıb: Hüseyn(ə) Ərbəini və xalqın bu hərəkəti rəğbətlə qarşılaması onu göstərir ki, Ərbəinin mədəni missiyası təkcə Müqəddəs Kərbəla və Beynulhərəmeyndə deyil.

Kontr-admiral Şəmxani deyib: İslami İranın ən şərq sərhədindən ən cənub sərhədinədək üç milyon 300 min zəvvarın yerdəyişməsi çox böyük və əzəmətli bir hərəkətdir.

İranın Ali Milli Təhlükəsizlik Şurasıın katibi sonra belə qeyd edib: Bütün sanksiyalara rəğmən, İran Hüseyn(ə) Ərbəini zəvvarlarının yerdəyişməsi, səhiyyə, logistik və mədəni cəhətlərini və onun təhlükəsizlik məsələlərini yaxşı şəkildə nəticəyə çatdıra bildi.