Okt 19, 2019 09:14 Asia/Baku
  • İran Əfqanıstanın Nəngərhar vilayətindəki terror hərəkətini pisləyib

İran xarici işlər nazirliyinin sözçüsü Əfqanıstanın Nəngərhar vilayətindəki bir məsciddə törədilmiş terror hərəkətini pisləyib. Bu hadisədə onlarla namazqılan ölüb və yaralanbdır.

İran xarici işlər nazirliyinin sözçüsü Seyyed Əbbas Mousəvi dünən Əfqanıstanın hökuməti və xalqına başsağlığı verərək, həlak olanların ailələrinin kədəri ilə bölüşübdür.

İranın diplomatiya aparatının sözçüsü söyləyib: Cümə namazı qılarkən müdafiəsiz namazqılanların hədəfə alınması üzrə terror hərəkəti Əfqanıstanın müsəlman xalqı arasındas təfriqə və fitnə salmaq və bu qonşu və müsəlman ölkədə əmin-amansızlıq və səbatsızlığın davam etməsi üzrə terrorçuların şeytani hədəfləri və alçaq xislətlərini göstərir.

Cümə günü günortaçağı Əfqanıstanın Nəngərhar vilayətinin “ Həsəkə Minə” rayonunun “ “Co Dərə” bölgəsində yerləşən bir məscidə qarşı iki raket hücumu nəticəsində indiyədək altmış iki namazqılan ölüb, altmış nəfər də yaralanıbdır.

Nəngərhar vilayəti rəsmilərinin sözlərinə görə, yaralılarına sayına əsasən, bu terror hadisəsi qurbanlarının sayının artması ehtimalı var.