Okt 19, 2019 14:25 Asia/Baku
  • Hüseyn Ərbəini İslam Dünyasının birliyi və həmrəyliyinin nümayişidir

İranın birinci vitse-prezidenti Nəcəf valisi ilə görüşdə deyib: Müxtəlif din, məzhəb və ölkələrdən olan milyonlarla İmam Hüseyn(ə) aşiqinin qısa bir zaman kəsiyində iştirakı İslam Dünyasının birliyi, həmrəyliyi və dostluğunun nümayişidir.

Əzəmətli Ərbəin yürüşündə iştirak etmək üçün bu gün Nəcəfi-Əşrəf şəhərinə getmiş İranın birinci vitse-prezidenti Eshaq Cəhangiri həmçinin üç milyondan çox iranlı zəvvara ev sahibliyi etdikləri üçün iraqlı rəsmilərə və Nəcəfdəki böyük təqlid mərcələrinə təşəkkür edib. O, deyib: İran dövləti Ərbəin yürüşü mərasiminin daha yaxşı keçirilməsi younda duran maneələr və problemlərin aradan qaldırılması üçün əlindən gələni əsirgəməyəcək.

Nəcəfi-Əşrəfin valisi Luay əl-Yassiri də bu görüşdə deyib: Ərbəin iki ölkə və iki xalqın münasibətlərinin möhkəmlənməsində böyük rol oynayıb və qarşılıqlı münasibətlərin yüksəlişi üçün bütün imkanlardan istifadə olunmalıdır.

Cəhangiri İraqa birgünlük səfərdə Nəcəf-Kərbəla istiqamətindəki bəzi çadırlara da baş çəkməlidir.

Bu gün 1441-ci hicri qəməri ili səfər ayının 20-si, dünya şiələrinin üçüncü imamı Həzrət İmam Hüseyn(ə)-ın və onun vəfalı köməkçilərinin Kərbəla düzündə şəhadətinin qırxıncı günüdür.

 

Teqlər