Okt 19, 2019 20:41 Asia/Baku
  • İran MDB ölkələrinin dəmiryolu nəqliyyatı şurasına daimi üzv olub

MDB ölkələrinin dəmiryolu nəqliyyatı şurası Belarusun Minsk şəhərində keçirdiyi 71-ci iclasında İran İslam Respublikasının bu şuanın daimi üzvü olmasının lehinə səs verib.

Dəmiryolu nəqliyyatı şurasında müxtəlif mövzular, o cümlədən üzv ölkələrin dəmiryolu fəaliyyətlərinin koordinasiyası, sərnişin və əmtəə mal üzrə beynəlxalq nəqliyyat, konteynerlər və yükdaşıma vaqonlardan müştərək istifadə, inkişaf və nəqliyyat xidmətləri üzrə qarşılıqlı razılaşmalar araşdırılır.

İranın dəmiryolu şirkətinin icraçı müdiri Səid Rəsuli deyib: Bu imkandan istifadə üçün ölkənin özəl sektorunun həmkarlığı ilə lazımi addımlar atılacaqdır.

İran İslam Respublikasının dəmiryolu şirkəti 2013-cü ildən bu şuranın nəzarətçi üzvü idi.